DTXnın tutduğu dəstənin məhkəməsi başladı


Digərləri 28 Fev 2018 17:01:00 291 0

DTXnın tutduğu dəstənin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olarkən cinayətkar dəstə yaratmaqda təqsirləndirilən Araz Fərəcov və dəstə üzvləri - Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə qarşı ittiham aktı elan olunub.

Təqsirləndirilən şəxs A.Fərəcov özünü ittihamlarda təqsirli bilməyib.

Prosesdə ifadə verən dəstə üzvləri özlərini qismən təqsirli biliblər.

Daha sonra A.Fərəcov ittihama münasibət bildirib. O qeyd edib ki, bu işdə heç bir günahı yoxdur və heç kimdən pul tələb etməyib.