Mustafa Dənizli həbs oluna bilər


Dünya 28 Fev 2018 17:07:00 284 0

Mustafa Dənizli həbs oluna bilər

Tanınmış türkiyəli məşqçi Mustafa Dənizli həbs oluna bilər.

Son.az apasport.az-a istinadən məlumatına görə, buna səbəb həyat yoldaşı Evin Elçinin onun barəsində şikayət etməsidi.

Maraqlıdı ki, ilk olaraq Dənizli özü məhkəməyə müraciət edib. O, boşanmaq mərhələsində olduğu Elçinin 3,5 milyon lirə pul istədiyini, üstəlik, həyat yoldaşının böyük qardaşı tərəfindən döyüldüyünü iddia edib. Elçi isə buna qarşılıq olaraq təcrübəli mütəxəssisin pul müqabilində İstanbuldakı evlərini girov qoyduğunu əsas gətirərək, onu məhkəməyə verib. Elçi iddia edib ki, Dənizli gizli şəkildə onun qolunu çəkib. Saxta sənədin hazırlanmasında ona yardım etdiyi bildirilən bank işçisi də məhkəmədə ifadə verəcək.