İran XİN başçısını aparacaq aerobusa Almaniyada yanacaq vermək istəməyiblər


Dünya 28 Fev 2018 16:47:37 262 0

İran XİN başçısını aparacaq aerobusa Almaniyada yanacaq vermək istəməyiblər

Hadisə fevralın 16-18-də onun Münhen təhlükəsizlik konfransından İrana qayıtması zamanı qeydə alınıb

İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin uçacağı təyyarəyə Almaniyanın Münhen şəhərində yanacaq verməyiblər.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, hadisə fevralın 16-18-də onun Münhen təhlükəsizlik konfransından İrana qayıtması zamanı qeydə alınıb.

Münhen hava limanındakı yanacaqdoldurma məntəqəsi ABŞ-ın sanksiyası ilə üzləşəcəklərindən ehtiyat etdiklərindən iranlı naziri aparacaq aerobusu yanacaqla təmin etmək istəməyiblər. Sonradan məsələ aydınlaşıb. Almaniya ilə İran arasında yaranacaq siyasi qalmaqalın qarşısı alınıb.