Türkiyədə yük gəmisində partlayış baş verib, 1 nəfər ölüb, biri yaralanıb


Dünya 28 Fev 2018 16:22:35 236 0

Türkiyədə yük gəmisində partlayış baş verib, 1 nəfər ölüb, biri yaralanıb

Hadisə yerinə çoxlu sayda xilasedicilər və polis əməkdaşları cəlb edilib

Türkiyənin Sinop limanında yük gəmisində partlayış baş verib. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, güclü fırtınanın səbəb olduğu partlayışda bir nəfər ölüb, bir nəfər yaralanıb. 

Lakin bu ilkin məlumatdır. Ölən və yaralananların sayının artacağı istisna deyil. 

Hadisə yerinə çoxlu sayda xilasedicilər və polis əməkdaşları cəlb edilib. 

Hələlik partlayşıla ilə bağlı rəsmi açıqlama verilməyib.