Sığorta mübahisələrinin həlli məhkəməsiz mümkün olacaq


Digərləri 28 Fev 2018 16:16:00 229 0

Sığorta mübahisələrinin həlli məhkəməsiz mümkün olacaq

Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Müşahidə Şurasının görüşü keçirilib.

Son.az xəbər verir ki, Şuradan Trend-ə verilən məlumata görə, görüşdə Assosiasiyanın sədri Mustafa Abbasbəyli və Müşahidə Şurasının üzvü olan səkkiz sığorta və bir təkrarsığorta şirkətinin rəhbər şəxsləri iştirak edib. ASA-da komitələrin formalaşdırılması və mediasiya işinin təşkili, habelə, qurumun inzibati quruculuq məsələləri, o cümlədən, strukturunun və cari il üçün ştat cədvəlinin müzakirəsi və təsdiqi, sığorta bazarının peşəkar digər iştirakçılarının ASA-nın üzvlüyünə cəlb olunması, təlimlərin genişləndirilməsi, həmçinin, bazarın inkişaf perspektivləri hesab olunan digər məsələlər geniş müzakirəyə çıxarılıb

Azərbaycanda ilk dəfə olaraq sığorta sahəsində mövcud olan mübahisəli məsələlərin məhkəməyə getmədən həlli istiqamətində mediasiya işinin təşkili barədə aparılmış müzakirələr nəticəsində beynəlxalq təcrübənin araşdırılmasına əsaslanan model üzrə müvafiq sistemin formalaşdırılması qərara alınıb.

Bazarın inkişaf perspektivləri hesab olunan sahələr arasında kənd təsərrüfatı sığortası, icbari əmlak sığortası, icbari avto sığorta, həkimlərin peşə məsuliyyətinin sığortası və sığortaçılar forumunun keçirilməsi üzrə icra olunmuş, eləcə də həyata keçirilməsi planlaşdırılan tədbirlər haqqında fikir mübadiləsi aparılıb.