"Rusiya və Avropa ölkələri ermənilər üçün heç zaman “böyük Ermənistan” yaratmayacaq"


Siyasət 28 Fev 2018 15:13:00 338 0

"Rusiya və Avropa ölkələri ermənilər üçün heç zaman “böyük Ermənistan” yaratmayacaq"

Bütün məsuliyyətimlə bəyan edirəm ki, ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. Ermənilərin gəlmə olduğunu mənbələr və "tarixin atası" Herodot təsdiq edir.

Son.az xəbər verir ki, AMEA-nın Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, bunu institutun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov Ankarada Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş Beynəlxalq Xocalı Simpoziumunda çıxışı zamanı deyib.

Y.Mahmudovun sözlərinə görə, Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. Böyük dövlətlərin və Osmanlı imperiyasının bəzi siyasi dairələrinin təzyiqi ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı 9 min kvadrat kilometrlik ərazi ilə birlikdə ermənilərə güzəştə gedib:

"Rusiya və Avropa ölkələri ermənilər üçün heç zaman "böyük Ermənistan dövləti" yaratmayacaq. Bu onlara sərf etmir. Amma çirkin niyyətlərini həyata keçirməkdən ötrü ermənilərdən istifadə edirlər".

Tarixçi alim qeyd edib ki, Ermənistan prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas De Vaala müsahibəsində Xocalı soyqırımının təşkilatçılarından olduğunu özü etiraf edib: "Sarkisyan lovğalıqla belə deyib: "Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə oyun oynaya bilərlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qıra bildik".