Karateçilərimiz Zalsburqda turnirdə iştirak edəcəklər


İdman 28 Fev 2018 15:16:00 266 0

Karateçilərimiz Zalsburqda turnirdə iştirak edəcəklər

Martın 2-də Avstriyanın Zalsburq şəhərində start götürəcək Karate1 Seria A turniri üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Milli Karate Federasiyasından Goal.az-a verilən məlumata görə, yığmanın heyətində 8 idmançı yer alacaq.

Üç gün davam edəcək yarışda qadınlardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), kişilərdən isə Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi 67 kq), Samir Məmmədov (75 kq), Ayxan Mamayev, Pənah Allahverdiyev (hər ikisi 84 kq) və Asiman Qurbanlı (+84 kq) tatamiyə çıxacaq.

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov turniri idarə edənlər arasında olacaq.

Qeyd edək ki, turnirdə 88 ölkədən 1597 idmançı mübarizə aparacaq.