Tarix İnstitutu: Rusiya və Avropa ölkələri ermənilər üçün heç zaman “böyük Ermənistan” yaratmayacaq


Digərləri 28 Fev 2018 14:53:00 216 0

Tarix İnstitutu: Rusiya və Avropa ölkələri ermənilər üçün heç zaman “böyük Ermənistan” yaratmayacaq

Rusiya və Avropa ölkələri ermənilər üçün heç zaman “böyük Ermənistan” dövləti yaratmayacaq.

Bakı. İlhamə İsabalayeva - “Bütün məsuliyyətimlə bəyan edirəm ki, ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. Ermənilərin gəlmə olduğunu mənbələr və “tarixin atası” Herodot təsdiq edir”. AMEA-nın Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, bunu institutun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov Ankarada Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş Beynəlxalq Xocalı Simpoziumunda çıxışı zamanı deyib. Y.Mahmudovun sözlərinə görə, Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. Böyük dövlətlərin və Osmanlı imperiyasının bəzi siyasi dairələrinin təzyiqi ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı 9 min kvadrat kilometrlik ərazi ilə birlikdə ermənilərə güzəştə gedib: