"Oskar"a namizədlərin seçilməsinə dair səsvermə başa çatıb


Digərləri 28 Fev 2018 14:38:08 174 0

"Oskar"a namizədlərin seçilməsinə dair səsvermə başa çatıb

Qaliblərin mükafatlandırma mərasimi martın 4-də keçiriləcək

Amerika Kinematoqrafiya İncəsənət və Elmləri Akademiyası “Oskar”a namizədlərin seçilməsinə dair keçirdiyi səsverməni başa çatdırıb.

"Report" "Qazeta.ru" saytına istinadən xəbər verir ki, seçim mərhələsində fevralın 27-nə kimi iştirak etmək mümkün olub.

Məlumata görə, fevralın 9-25-də Cənubi Koreyanın Pxençxan şəhərində keçirilmiş XXIII Qış Olimpiya Oyunlarına görə "Oskar" mükafatının təqdimat mərasim əvvəlki illərdən fərqli olaraq gec baş tutacaq. 

Qaliblərin mükafatlandırma mərasimi martın 4-də keçiriləcək.