Şimali Koreya liderlərinin saxta Braziliya pasportu aşkarlanıb


Dünya 28 Fev 2018 14:05:54 296 0

Şimali Koreya liderlərinin saxta Braziliya pasportu aşkarlanıb

Onlar bu yolla ölkədən ehtimal olunan təxliyəyə hazırlaşırmışlar

Şimali Koreyanın indiki lideri Kim Çen In və atası Kim Çen İr 1990-cı illərdə adlarına olan Braziliyanın saxta pasportundan istifadə ediblər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, onlar bu pasportla Yaponiya, Honkonq və Braziliyaya səfər ediblər.

Onlar bu yolla ölkədən ehtimal olunan təxliyəyə hazırlaşırmışlar.

Şimali Koreyanın Braziliyadakı səfirliyi məlumatə şərh verməkdən imtina edib.

Braziliyanın Xarici İşlər Nazirliyi isə informasiyanı yoxlamaq niyyətində olduqlarını bildiriblər.