Həcc ziyarətinə getmək istəyənlərin sayı AÇIQLANDI


Digərləri 28 Fev 2018 13:51:00 230 0

Həcc ziyarətinə getmək istəyənlərin sayı AÇIQLANDI

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 350 insan müraciət edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib.

Bildirilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 350 insan Həcc ziyarətinə getmək üçün müraciət edib.

QMİ-dən onu da bildiriblər ki, müraciət edənlər arasında hələ ki təkrar Həcc ziyarətinə getmək istəyən yoxdur. Əvvəlki illərdə təkrar gedənlərin sayı isə 12 nəfər olub.

Bildirilib ki, Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində təkrar Həcc ziyarətinə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir. QMİ-dən əlavə ediblər ki, hələki təkrar Həcc ziyarəti üçün müraciət edilməyib.