"Terrorçuları yaxşı və ya pis olmaqla iki hissəyə bölmək qəbuledilməzdir"


Dünya 28 Fev 2018 14:00:00 313 0

"Terrorçuları yaxşı və ya pis olmaqla iki hissəyə bölmək qəbuledilməzdir"

Sergey Lavrov Cenevrədə keçirilən BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında çıxışı zamanı söyləyib

Terrorçuları yaxşı və ya pis olmaqla iki hissəyə bölmək qəbuledilməzdir.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Cenevrədə keçirilən BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında çıxışı zamanı söyləyib. O, bildirib ki, Şuranın bəzi üzvləri söz azadlığını müdafiə etmək bəhanəsi ilə beynəlxalq terrorizmi qınamağa hazır deyil.

"Şuranın bəzi üzvləri söz azadlığını müdafiə etmək bəhanəsi ilə beynəlxalq terrorizmi qınamağa hazır deyillər. Terrorçuları, xüsusilə də məqsədlərinə və maliyyə mənbələrinə əsasən yaxşı və ya pis olmaqla iki hissəyə bölmək qəbuledilməzdir".