Martda hava necə olacaq? AÇIQLANDI
Digərləri 28 Fev 2018 13:37:00 262 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilənməlumata görə, mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə isə bir qədər çox olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının, əsasən, iqlim normasına yaxın olacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 2 dərəcəyədək isti, gündüzlər 10-15, bəzi günlərdə 4-7, ayın ikinci yarısının bəzi günlərində 18-20 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 20-27 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 0-5, ayın ikinci yarısının bəzi günlərində 20-23 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 22-44 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
Orta aylıq temperaturun 0-3 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 16-18 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 42-52 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında