Azərbaycanlılar 63 ölkəyə vizasız gedə bilər


Digərləri 28 Fev 2018 13:28:00 297 0

Azərbaycanlılar 63 ölkəyə vizasız gedə bilər

"Henley&Partners" şirkəti müxtəlif ölkələrin vətəndaşları üçün hərəkət azadlığı dərəcəsini nümayiş etdirən pasport reytinqini dərc edib.

Son.az report-a istinadən xəbər verir ki, bu reytinqdə 75-ci yeri tutan Azərbaycan pasportu 63 ölkəyə vizasız səfər etmək hüququ verir.

Reytinqdə 45-ci olan Rusiya pasportu 114 ölkəyə vizasız səfər etmək hüququ verir. Türkiyə 110 reytinqlə (vizasız səfərin mümkün olduğu ölkələrin sayı) 49-cu, Gürcüstan 100 reytinqlə 54-cü, Ermənistan 59 reytinqlə 78-ci, İran 38 reytinqlə 98-ci pillədə qərarlaşıb.

Bu ildə reytinqin liderləri Yaponiya və Sinqapur olub. Bu ölkələrin vətəndaşları viza almadan 180 ölkəni ziyarət edə bilərlər.

2014-cü ildən bu göstəricidə birinci sırada qərarlaşmış Almaniya pasportu ilə indi 179 ölkəyə vizasız səfər etmək mümkündür.