Bakıda keçmiş məhkumlardan tapança və avtomat götürüldü FOTO


Digərləri 28 Fev 2018 13:01:00 253 0

Bakıda keçmiş məhkumlardan tapança və avtomat götürüldü  FOTO

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, Maştağa qəsəbə sakini İmran Cavadov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb.  

DİN-dən Son.az-a verilən məlumata görə, qanun evinə baxış keçirilən zamanı çarpayının altında gizlətdiyi 1 ədəd "Naqan" markalı tapança və 3 ədəd patron aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan tapançanın istifadəyə yaralı olması barədə rəy verilib.

Sabunçu Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə əvvəllər məhkum olunmuş, Balaxanı qəsəbə sakini Bəybala Qarabəyov saxlanılıb. Polis idarəsində hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki çantanın içərisindən sandıqçasında 10 ədəd patron "AKS-74" markalı avtomat aşkar olunaraq götürülüb.


Xəbərə aid fotolar