"Sən əvvəllər qarpız satmısan"


Şou-biznes 28 Fev 2018 13:05:00 298 0

"Sən əvvəllər qarpız satmısan"

ARB TV-nin "Səhər Səhər" verilişinin növbəti qonaqları müğənnilər Elnar Xəlilov və Əhməd Mustafayev olub. Son.az bildirir ki, maraqlı müzakirələr ətrafında baş tutan proqramda iki gənc müğənni arasında qalmaqal yaşanıb. İlk olaraq, Elnar Xəlilov konservatoriya oxuyanların heç birinin musiqi ilə məşğul olmadığını vurğulayıb: "Savadlı insanın, ümumiyyətlə, piyano-forto ayırd edə bilməməsi mənə qəlb acısı verir. Çünki mən bilirəm Əhməd bəy savadlı insandır. Musiqi savadı var. Özü də qeyd etdi. Sadəcə, bir şeyi unutmaq lazım deyil. Konservatoriyanı ildə minə yaxın insan bitirir. Mənim qrup yoldaşım var, adını çəkməyəcəm, "kartoşka" satır. Mən burada "kartoşka" satanları alçatmıram. Sadəcə, demək istədiyim odur ki, ixtisası ilə məşğul deyil". Elnarın bu atmacasına isə Əhməd Mustfayevin cavabı gecikməyib: "Sən özün də bir vaxtlar qarpız satmısan. Yəni ayıb deyil, amma özündən soruşmaq istədim. Olub yəni elə bir şey?" Daha sonra Əhmədin bu fikirlərini müğənni həmkarı Elnar özü də təsdiqləyib: "Bəli, Sant Peterburqda satmışam. Mənim gizlətmək istədiyim şeyləri heç kim bilə bilməz. Yəqin ki, mən istəməmişəm ki, gizli qalsın ki, o bilir. Mən bu günə qədər ailəmi ac saxlamamışam".

Sözügedən görüntüləri sizlərə təqdim edirik:


Xəbərə aid fotolar