Bakıda avtomobillə vurulan 2 nəfər öldü


Digərləri 28 Fev 2018 12:47:00 210 0

Bakıda avtomobillə vurulan 2 nəfər öldü

Bakıda iki nəfəri maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Nərimanov rayonunun Z. Bünyadov prospektində Bakı şəhər sakini Nurlan Ağayev idarə etdiyi "Volkswagen" markalı avtomobillə yolu keçən paytaxt sakini Sədirəddin Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Piyadanın ölümü ilə nəticələnən digər yol nəqliyyat hadisəsi Yasamal rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Faiq Əhmədov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən paytaxt sakini Rəmziyyə Əliyevanı vurub və nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.