Qiqqs: "Heç kim Aleksis Sançezə görə narahat olmalı deyil"


İdman 28 Fev 2018 12:24:00 313 0

Qiqqs: "Heç kim Aleksis Sançezə görə narahat olmalı deyil"

"Manchester United"in canlı əfsanəsi Rayan Qiqqs klubun qış transferi Aleksis Sançez barədə fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, fəaliyyətini Uels millisində baş məşqçi kimi davam etdirən Qiqqs bunları deyib:

"Sançez top futbolçudur. Hələlik 1 qol vurub. Əminəm ki, işlərin daha yaxşı getməsini istərdi. Amma pis oynamır. Aleksisin yeni komanda yoldaşları onun nəyi sevdiyini yeni-yeni öyrənir. Bəzən bu müəyyən zaman alır. Hesab edirəm ki, heç kim Aleksis Sançezə görə narahat olmalı deyil. O, yüksək səviyyəli futbolçudur".