Bakıya yeni avtobuslar gətiriləcək


Digərləri 28 Fev 2018 12:04:12 235 0

Bakıya yeni avtobuslar gətiriləcək

Bu il ərzində Bakı şəhərində 700-ə yaxın marşrut avtobusu vahid kart sisteminə keçəcək.

Son.az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Bakı Nəqliyyat Agentlyinin baş direktorunun müşaviri Mübariz Abbasov deyib.

M.Abbasovun sözlərinə görə, hazırda bu sistemə 500-ə yaxın marşrut avtobusu qoşulub: "İlin sonuna kimi şəhərə 300-dən çox yeni avtobus gətiriləcək. Onlar 21 daşıyıcıya paylanacaq. Bu günə qədər BNA-nın tələbi ilə daşıyıcılar 1 000-ə yaxın avtobusu təmir edib tələblərə uyğunlaşdırıblar".