"İl ərzində 700dən çox nəqliyyat vasitəsi kart sisteminə keçəcək"


Digərləri 28 Fev 2018 12:05:02 283 0

"İl ərzində 700dən çox nəqliyyat vasitəsi kart sisteminə keçəcək"

Bakı Nəqliyyat Agentliyi bu il ərzində 700-dən çox nəqliyyat vasitəsini kart sisteminə keçirməyi nəzərdə tutur.

Son.az Trend -ə istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin direktorunun müşaviri Mübariz Abbasov deyib.

Onun sözlərinə görə, nağdsız ödəniş sistemi nəqliyyat sistemində şəffaflığı təmin edir: "Bu sistem sürücü məsuliyyətini artırır. Sürücü artıq sovet dövründən qalma "plan vermə" sistemi ilə işləmir". M.Abbasov bildirib ki, Bakı Nəqliyyat Agentliyi fəaliyyəti dövründə 50-dən çox yeni nəqliyyat vasitəsi gətirib.