Sabunçuda silahlı şəxslərə qarşı əməliyyat həyata keçirilib (FOTO)


Digərləri 28 Fev 2018 12:06:00 218 0

Sabunçuda silahlı şəxslərə qarşı əməliyyat həyata keçirilib (FOTO)

Sabunçu rayonunda üzərlərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və ya gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə ardıcıl uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Bakı. Sabunçu rayonunda üzərlərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və ya gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə ardıcıl uğurlu əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, Maştağa qəsəbə sakini İmran Cavadov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun evinə baxış keçirilən zamanı çarpayının altında gizlətdiyi 1 ədəd “Naqan” markalı tapança və 3 ədəd patron aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan tapançanın istifadəyə yaralı olması barədə rəy verilib.