"İran Dəməşq yaxınlığında raket bazası yerləşdirib" KİV


Dünya 28 Fev 2018 11:48:00 228 0

"İran Dəməşq yaxınlığında raket bazası yerləşdirib"  KİV

İran Suriyada yeni hərbi baza yerləşdirib. 

Son.az report-a istinadən xəbər verir ki, daimi bu ölkədə qalacaq bazada raketlər üçün anqarlar mövcuddur.

Bu hərbi obyektin Suriya paytaxtı Dəməşqdən təxminən 12 km şimal-qərbdə yerləşdiyi və ora İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının xüsusi qüvvələrinin nəzarət etdiyi bildirilib. 

Məlumata görə, həmin hərbi bazadan İsrail ərazisinin istənilən hissəsinə zərbə endirmək mümkündür. Vurğulanıb ki, ötən il peyk informasiya sisteminin yardımı ilə Dəməşqin cənubunda da İrana məxsus hərbi baza aşkarlanmışdı.