Qapıçı kurioz qol buraxmasına səbəb olan su butulkasını hərraca çıxarıb


İdman 28 Fev 2018 11:50:00 323 0

Qapıçı kurioz qol buraxmasına səbəb olan su butulkasını hərraca çıxarıb

Almaniyanın 2-ci Bundesliqasında mübarizə aparan "Duisburg"un qapıçısı Mark Flekken xeyriyyə məqsədli hərrac təşkil edəcək. Goal.az xəbər verir ki, 24 yaşlı qolkiper "Ingolstadt"la matçda buraxdığı kurioz qolun "səbəbkarı" - su butulkasını hərraca çıxaracaq. Bu satışdan əldə olunacaq vəsait xeyriyyə fondlarının hesabına köçürüləcək.

Həmin oyunda Flekken komandasının hücumda olmasına görə su içmək qərarına gəlmiş və rəqibin əks-hücuma çıxmasını görməmişdi. Qapıçı vəziyyəti top tora daxi olandan sonra anlamışdı.