Rusiya XİN başçısının müavini MDB ölkələri arasında geosiyasi oyunların qarşısını almağa çağırıb


Dünya 28 Fev 2018 11:14:33 268 0

Rusiya XİN başçısının müavini MDB ölkələri arasında geosiyasi oyunların qarşısını almağa çağırıb

Karasin: "Ekspertlər üçüncü ölkələrin MDB üzvləri arasında anlaşılmazlıq və rəqabətin təhlükəli amillərini yaratmaq cəhdlərini qeyd edirlər"

"Qazaxıstan və Rusiya regionda nəticəsi hamı üçün mənfi olacaq geosiyasi oyunların qarşısını ala bilər."

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.

"Rusiya və Qazaxıstan regionda postsovet məkanının digər yerlərində, - hələ heç Yaxın Şərq və Şimali Afrikadan danışmıram, - gördüyümüz, heç kimə xeyir verməyəcək geosiyasi oyunların qarşısını almaq üçün çox şey edə bilər", - Q.Karasin Astanada keçirilən beynəlxalq konfransda çıxış edərkən vurğulayıb.

Onun sözlərinə görə, ekspertlər üçüncü ölkələrin MDB, AİB, KTMT, ŞƏT üzvləri arasında anlaşılmazlıq və rəqabətin təhlükəli amillərini yaratmaq cəhdlərini qeyd edirlər.

Q.Karasin vurğulayıb ki, Rusiya ilə tərəfdaşlığa və ittifaqa sadiq qalmağa davam edənlərin hamısına Rusiyaya qarşı sanksiyalardan təhdid aləti kimi istifadə edirlər.