Beyl Bekhemin rekordunu təzələdi


İdman 28 Fev 2018 10:16:00 285 0

Beyl Bekhemin rekordunu təzələdi

"Real"ın hücumçusu Qaret Beyl İspaniya La Liqasının 26-cı turu çərçivəsində "Espanyol"a qarşı  keçirilən matçda Madrid komandasının start heyətində meydana çıxıb.

Goal.az xəbər verir ki, bu matç uelsli futbolçu üçün İspaniya yüksək liqasında sayca 116-cı olub. 28 yaşlı Beyl bu göstəriciyə görə "Real"ın keçmiş yarımmüdafiəçisi Devid Bekhemlə oyun sayında bərabərləşib və britaniyalı futbolçular arasında İspaniya Primerosunda keçirilən matçların sayına görə onun rekordunu təkrarlayıb.

Beyl matçın 81-ci dəqiqəsində əvəzlənib, Zinəddin Zidanın komandası isə 93-cü dəqiqədə qol buraxmaqla səfər məğlubiyyətinə uğrayıb.