15 yaşlı oğlan çərşənbə tonqalından tullanarkən xəsarət aldı


Digərləri 28 Fev 2018 10:45:00 274 0

15 yaşlı oğlan çərşənbə tonqalından tullanarkən xəsarət aldı

Ötən gün Tovuz rayonunda 15 yaşlı gənc tonqaldan tullanarkən yıxılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Əsrik kəndində baş verib.

Kənd sakini, 2003-cü il təvəllüdlü Abbasov Oruc Teymuraz oğlu həyətlərində qalanmış çərşənbə tonqalından tullanarkən yıxılıb və bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.