UEFA-dan Samir Nəsriyə diskvalifikasiya cəzası


İdman 28 Fev 2018 10:34:00 270 0

UEFA-dan Samir Nəsriyə  diskvalifikasiya cəzası

UEFA-nın İntizam Komitəsi anti-dopinq qaydalarını pozduğuna görə Fransa yığmasının sabiq futbolçusu Samir Nəsrinin 6 ay müddətinə diskvalifikasiyasını təsdiqləyib.

Goal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi qadağan olunan terapiya metodunun istifadəsində təqsirli bilinib.  Futbolçunun apellyasiya şikayəti vermək hüququ var.

Qeyd edək ki, S.Nəsri karyerası ərzində Fransanın “Marseille”, İngiltərənin "Arsenal”, "Manchester City”, İspaniyanın "Sevilla” və Türkiyənin “Antalyaspor” komandalarında çıxış edib. Bu ilin yanvar ayından etibarən klubsuz qalan yarımmüdafiəçi 2007-2013-cü illərdə Fransa yığmasının formasını geyinib.