İşçiləri əmək müqaviləsi olmadan işlədən tikinti şirkətləri ilə bağlı 18 material Baş Prokurorluğa göndərilib


Sosial 28 Fev 2018 10:22:46 288 0

İşçiləri əmək müqaviləsi olmadan işlədən tikinti şirkətləri ilə bağlı 18 material Baş Prokurorluğa göndərilib

Son 10 ayda Bakıda 33 min əmək müqaviləsi imzalanaraq əmək müqavilələlərinin elektron bildiriş sistemində qeydiyyata alınıb

"Son 10 ayda Bakı şəhərində çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən 33 min əmək müqaviləsi imzalanıb və əmək müqavilələlərinin elektron bildiriş sistemində qeydiyyata alınıb".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

O bildirib ki, bununla yanaşı bu sahədə nöqsanlar da aşkarlanıb: "Aşkar edilmiş faktlarla bağlı aidiyyatı dövlət orqanlarına məlumat verilib. 2017-ci il üzrə müqaviləsiz işçi çalışdıran şirkətlər, hüquqi və fiziki şəxslərlə bağlı 17 material Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 18 material isə Baş Prokurorluğa təqdim olunub".