Neymar uzun müddət oynaya bilməyəcək


İdman 28 Fev 2018 09:57:00 299 0

Neymar uzun müddət oynaya bilməyəcək

Fransanın PSG klubunun futbolçusu Neymar zədə üzündən 6 – 8 həftə müddətində meydana çıxa bilməyəcək.

Goal.az xəbər verir ki, bu barədə “L'Equipe” nəşrinə 26 yaşlı braziliyalı hücumçunun eyni zamanda meneceri olan atası bildirib. Forvard martın 6-da İspaniyanın “Real Madrid” komandası ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçını buraxmalı olacaq.

Qeyd edək ki, Neymar fevralın 25-də PSJ-nin Fransa çempionatının XXVII turunda evdə “Marseille”i 3:0 hesabı ilə məğlub etdiyi oyunda zədələnib. Ona daha əvvəl baldırla pəncəni birləşdirən bağların dartılması və pəncə sümüyündə çat diaqnozu qoyulmuşdu.