Kazanda atışma:


Dünya 28 Fev 2018 09:31:00 287 0

Kazanda atışma:

Rusiyanın Kazan şəhərindəki yaşayış binalarından birində sərxoş kişinin açdığı atəş nəticəsində ikisi polis əməkdaşı olmaqla 3 nəfər yaralanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq polislərdən birini xilas etmək mümkün olmayıb. Silahlı şəxs saxlanılıb.

Məlumata görə, insident məişət zəminində baş verib. Belə ki, 36 yaşlı sərxoş kişi ov tüfəngindən qapıya atəş açaraq qohumlarının mənzilinə daxil olmağa çalışıb.