“AtaSığorta”: “Tibbi sığorta ilə bağlı hər bir xidmət müqaviləmiz unikaldır”


Digərləri 28 Fev 2018 09:23:00 211 0

“AtaSığorta”: “Tibbi sığorta ilə bağlı hər bir xidmət müqaviləmiz unikaldır”

“AtaSığorta” ASC-nin Tibbi və Səyahət sığortası departamentinin direktoru Rozaliya Sadıqova: “Hər bir şirkət üçün müştərinin fəaliyyət xüsusiyyətlərinin, tələbatlarının və büdcə imkanlarının nəzərə alınması ilə fərdi proqram hazırlanır”

Bakı. Bu gün hər bir cəmiyyətin həyatında, insanların sağlamlığının qorunmasında və təmin edilməsində tibbi sığortanın müstəsna əhəmiyyəti var. O cümlədən, Azərbaycan cəmiyyəti üçün də tibbi sığorta amili olduqca aktualdır. Trend-in suallarını “AtaSığorta” ASC-nin Tibbi və Səyahət sığortası departamentinin direktoru Rozaliya Sadıqova cavablandırır. 12 ildən artıqdır ki, tibbi sığorta ilə məşğul olan, ixtisasca kardioloq Rozaliya xanım, təmsil etdiyi qurumun bu sahədə göstərdiyi xidmətlər, həmçinin tibbi sığortanın bir sıra vacib məqamları və incəlikləri ilə bağlı fikirlərini bildirdi. - Rozaliya xanım, tibbi sığorta nədir və onun əhəmiyyətini necə qiymətləndirirsiniz? - Sağlamlığın insan üçün ən mühüm amil olduğunu nəzərə alsaq, tibbi sığortanın çox əhəmiyyətli bir sığorta növu olduğu üzə çıxır. İnsan qəfil bir xəstəliklə üzləşəndə, həm maddi, həm mənəvi cəhətdən yardıma, gözlənilməz tibbi məsrəflərin qarşılanmasına, keyfiyyətli tibbi yardımın alınmasına və qayğısını çəkə bilən təşkilata çox ehtiyac duyur. Sığorta şirkəti məhz bu ehtiyacların ödənməsini öz üzərinə götürür. Ümumiyyətlə, sığorta - risklərin başqasına ötürüldüyü və ya riskin başqası ilə bölüşdürüldüyü bir mexanizmdir. Sığorta hər hansı bir itkiyə məruz qalmış şəxsi buna səbəb olmuş hadisədən əvvəlki maliyyə vəziyyətinə qaytarmaq üçün təzminatla təmin edir. Tibbi sığorta sığortanın bir növü olmaqla, sığorta olunan şəxsin aldığı tibbi yardımın ödənişinə təminat verən, sağlamlığının qorunmasının təminatlı bir formasıdır - Tibbi sığortanın tətbiqi formaları və növləri barədə nələri bildirmək olar? - Tibbi sığorta icbari və könüllü olur. Könüllü tibbi sığorta korporativ və fiziki şəxslərin sığortasına bölünür. Hazırda Azərbaycanda icbari tibbi sığortanın tətbiqi prosesi üzərində işlər aparılır. Şirkətimiz 12 ildir ki, korporativ könüllü tibbi sığorta ilə məşğuldur. Bu sahədə öncül şirkət olaraq sərfəli və keyfiyyətli xidmət təklif edirik. Öncə bildirim ki, korporativ tibbi sığorta işəgötürənin işçilərinin tibbi xərclərinin qarşılanmasını nəzərdə tutan sosial paketdir. Korporativ tibbi sığorta işəgötürənin işçilərini motivasiya etmək üçün effektiv vasitə olaraq şirkətin rəhbərliyinin işçilərinə qarşı bir qayğı göstəricisi sayılır. Korporativ sosial paketin tərkib hissələrindən biri olan işçilərin tibbi sığortası iş yerinin nüfuzuna təsir göstərir və hər bir işçinin şirkət üçün əhəmiyyətini vurğulayır. Belə qayğının məntiqi nəticəsi kimi xəstələnmə hallarının azalması, əmək məhsuldarlığının artması və çalışdığı şirkətə sadiq münasibətin formalaşması kimi müsbət göstəricilər əldə edilir. Bağladığımız hər bir müqavilə unikaldır. Hər bir şirkət üçün müştərinin fəaliyyət xüsusiyyətlərinin, işçilərinin sayının, onun tələbatlarının, arzularının və büdcə imkanlarının nəzərə alınması ilə fərdi proqram hazırlanır. Müştərimız təqdim etdiyimiz xidmətlər siyahısından istifadə edərək, özünə uyğun tibbi sığorta proqramını tərtib edə bilər. Məsələn, xidmətlərdən təcili yardım, ambulator yardım, stasionar yardım, stomatoloji yardım, dərman təminatı, hamiləliyin təqibi, peyvənd və s. göstərmək olar. - Tibbi sığorta təklif edən şirkət olaraq hansı klinikalarla işləyirsiniz?