Bostonda Xocalı qurbanlarının xatirəsi anılıb FOTO


Digərləri 28 Fev 2018 08:36:00 222 0

Bostonda Xocalı qurbanlarının xatirəsi anılıb  FOTO

Fevralın 26-da Bostonda oxuyan azərbaycanlı tələbələrinin təşəbbüsü və Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə Boston şəhərində yerləşən Hilton otelində Xocalı qətliamının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Azərbaycanın ABŞ-daki səfirliyindən Son.az-a verilən məlumata görə, tədbirdə 60-a yaxın tələbə, azərbaycanlı və türk icmalar, habelə digər yerli nümayəndələr iştirak edib. İştirakçılar arasında Türkiyə Cumhuriyyətinin Bostondakı Baş konsulluğunun nümayəndəsi Kemal Yüksektepe de olub.

Tədbirdə çıxış edən Mirkamran Abdullayev Xocalı sakinlərinin məruz qaldığı qətliam, Azərbaycanın üzləşdiyi təcavüz və işğal haqqında iştirakçılara məlumat verib. Eyni zamanda, Xocalı faciəsinin Azərbaycan tarixi üçün vacibliyini, hazırda ölkədə bununla əlaqədar aparılan işləri qeyd edərək Azərbaycanın bu sahədə apardığı ədalətli mübarizəsinə hər bir dəstəyin önəmli olduğunu və bunun üçün birgə işlər görməyin, məlumatların sosial şəbəkələrdə işıqlandırılmasının əhəmiyyətliliyini vurğulayıb.


Xəbərə aid fotolar