Köməksiz qalan 3 azyaşlı xilas edilib


Digərləri 28 Fev 2018 08:39:53 233 0

Köməksiz qalan 3 azyaşlı xilas edilib

Gəncədə köməksiz qalan 3 nəfər azyaşlı xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, şəhərin Nizami rayonunda 3 nəfər azyaşlı giriş qapısının kilidinin sınması nəticəsində evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri evin qapısının açılmasını təmin edib.