Sevgilisini döyən 56 yaşlı aktrisa həbs edildi


Digərləri 28 Fev 2018 06:30:00 317 0

Sevgilisini döyən 56 yaşlı aktrisa həbs edildi

56 yaşlı aktrisa Hizer Loklir Kaliforniya polisi tərəfindən həbs edilib.

Son.az axşam.az-a istinadən bildirir ki, aktrisa məişət zorakılığı, sevgilisini döymə və polisə hücum etmə maddələri ilə ittiham olunub. Polisin bildirdiyinə görə, Loklirin evindən gələn zəngdən sonra onun evinə gedən dəstə aktrisanın sevgilisini döydüyünü görüb. Polis Hizeri bölməyə aparmaq istəsə də, o, müqavimət göstərib və onları yumruqlayıb. Zorla aparılan Loklir ifadə verdikdən sonra 20 min dollar qarşılığında azadlığa buraxılıb.