Çexiyada 3 nəfər şaxtadan donaraq ölüb


Dünya 28 Fev 2018 04:24:51 248 0

Çexiyada 3 nəfər şaxtadan donaraq ölüb

Onlardan ikisi kişi, biri isə qadındır

Son günlər Çexiya ərazisinə mənfi 25 dərəcəyə qədər güclü şaxtaların düşməsi nəticəsində Ostrava şəhərində üç evsiz şəxs ölüb. Onların meyiti bazar ertəsi və çərşənbə axşamı yerli asayiş keşikçiləri tərəfindən aşkar olunub.

“Report” xəbər verir ki, bu barədə yerli polis nümayəndəsi Qabriella Qolçakovaya istinadən RİA "Novosti" məlumat yayıb.

"Polislər körpünün altından, görünür güclü şaxtadan keçinmiş 34 və 43 yaşlı iki kişinin meyitini aşkar ediblər, 50 yaşlı qadının meyiti isə sənaye obyektlərindən birinin qarşısında tapılıb. Burada söhbət evsizlər üçün adi gecələmək yerindən gedir", - deyə Qolçakova bildirib.

Polis nümayəndəsinin məlumatına görə, sözügedən şəxslərin dəqiq ölüm səbəbi onların myitləri yarıldıqdan sonra məlum olacaq.