"Heç zaman ailədə mənə qadağalar olmayıb" FOTO


Şou-biznes 28 Fev 2018 03:30:00 294 0

"Heç zaman ailədə mənə qadağalar olmayıb"  FOTO

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Türkiyənin "Sinemanın kral və kraliçası, 2-ci sinema gözəli yarışması" layihəsinin Azərbaycan seçimi başa çatıb. Bu layihə çərçivəsində seçimlərdə paytaxt Bakı və bir çox regionlardan 14 qız və 30 oğlan iştirak edib. Yarışmada gənclərin səhnə mədəniyyəti, intellektual səviyyələri və aktyorluq bacarıqları yoxlanılıb. Nəticədə 1 qız və 1 oğlan finala vəsiqə qazanıblar. Qaliblərdən biri - 24 yaşlı Səhər Əkbər modeldir, eyni zamanda 5 ildir Lider televiziyasında aparıcılıq edir. Digər qalib - 24 yaşlı Pərviz Musayev Azərbaycan Milli Konservatoriyasının 3-cü kurs tələbəsidir. İkinci yeri tutan bir qız və oğlan isə müsabiqədə iştirak üçün seçilən Səhər Əkbər və Pərviz Musayev müsabiqədən imtina edəcəyi və yaxud hər hansı səbəbə görə getməyəcəyi təqdirdə, onların yerinə göndəriləcək. Yarışmada bir istisna hal da olub. Belə ki, Pərvin Həsənzadə Kiprdə keçiriləcək "Miss Fashion" gözəllik yarışmasında iştirak etmək üçün seçilib. 

"Sinemanin kral və kraliçasi, 2-ci sinema gözəli yarişmasi" layihəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səidlə bu layihə barədə daha ətraflı söhbət etmək üçün onu redaksiyamıza dəvət etdik. Bir müddət Azərbaycan Dövlət Televiziyasında (AzTV), daha sonra Lider kanalında xəbər aparıcılığı edən, sevilən aparıcı Vüsalə Səid Əyyubqızı bizə yeni layihəsinin nəticələrindən danışdı. İmici və səmimiyyəti ilə seçilməyi bacaran xanımın vətənpərvərlik hissinə də heyran qalmamaq mümkün deyil. Belə ki, imzası və iştirakçısı olduğu layihələrdə öz ölkəsi naminə əlindən gələni etməyə hər zaman hazır olan Vüsalə xanımın bir məqsədi var - ölkəmizi beynəlxalq arenada mükəmməl səviyyədə tanıtmaq.      - Vüsalə xanım, bu layihənin ideyası necə yarandı? Siz nə zamandan hiss etdiniz ki, Azərbaycanın da "Sinema gözəli" seçilməlidir? - Ötən il "Sinema gözəli-1" layihəsinə İstanbula qonaq olaraq dəvət edilmişdim. Layihənin rəhbəri ilə görüşümüz oldu. Qərara aldıq ki, bunu Azərbaycanda da keçirək. Vətənimə gəldim, məsləhətləşdim, dostlarımın fikrini öyrəndim və belə bir layihənin həyata keçirmək üçün daha da ürəkləndim. "Sinema gözəli" layihəsi Azərbaycanda bir ilkdir. Bu ötən əsrin 70-ci illərində Türkiyənin "Artist" və "Səs"  jurnallarının həyata keçirdikləri "Sinema gözəli" yarışması "Yeşilçam"ın bir çox məşhur aktyor və aktrisalarını meydana çıxarıb. Bir müddət bu layihəyə ara verilib. Atilla Kaplakarslan illər sonra bu layihəyə yenidən müraciət edib. O, eyni zamanda, "Əngəlsiz yaşam vəqfi"nin rəhbəridir. Bu layihəni keçirməklə oradan yığılan məbləğin bir qismi həmin əngəlli insanlara xərclənilir. Əngəlli insanlara köməkçi olmaqdan əlavə, bu layihə ilə gənclərə film sahəsində yol açmış olur. Qeyd edim ki, "Sinema gözəli-1" çox uğurla keçdi və ikincinin də mükəmməl olacağına heç şübhə etmirəm.   - Layihənin məqsədi nə idi? - Layihənin məqsədi istedadlı gənclərin müsabiqə yolu ilə seçilməsi və Türkiyə filmlərinə dəvət olunmasıdır. Müsabiqə istedadlı gənclərə bacarıqlarını nümayiş etdirmək şansı yaradır. Bakı yarışmasında 13 nəfərdən ibarət olan münsiflər heyətinə Türkiyənin məşhur sənətçilərindən Tamer Karadağlı, Ceren Kaplakarslan, Vilma Elles, Salih Güney və digərləri, Azərbaycan tərəfdən isə aktrisa Məlahət Abbasova, modelyer Gülnarə Xəlilova daxil idi.


Xəbərə aid fotolar