Allah rəhməti ilə rəftar eləsin, yoxsa ədaləti ilə?


Digərləri 27 Fev 2018 23:20:00 281 0

Allah rəhməti ilə rəftar eləsin, yoxsa ədaləti ilə?

Dünyada yaşayan hər bir insan az və ya çox halda xata və günahla üzləşmişdir. Quranın da buyurduğu kimi, bir gün buna görə İlahi məhkəmədə cavab verməli olacaqdır. Xatalar hətta əgər kiçik olsa belə, qətiyyən Allahdan gizli qalmaz.

Ona görə də alimlərin çoxu iddia edir ki, Allah bizimlə rəhmət və fəzli ilə rəftar etsin, ədaləti ilə deyil. Bəs niyə?

İlahi ədalət nədir?

Ədalətin lüğətdəki mənası etidallıq deməkdir. Yəni, ifratdan və təfritdən çəkinmək deməkdir. İmam Əli (ə) ədalətə belə məna vermişdir: "Ədalət (odur ki) hər şey öz münasib yerində qərar tutsun".

İlahi fəzl nədir?

Ancaq fəzlin mənası üstünlük, avantaj mənasını verir. Allahın fəzli - bəndələrinə etdiyi ətalardır. Lakin bu, o demək deyildir ki, bəndələr ona layiqdirlər. Ona görə də Hacə Tusi deyir: "Savab - Allahın fəzlindəndir, cəza - Onun ədalətindəndir".

Allahın bəzi fəzli bütün bəndələrinə şamil olar, ancaq bəzi fəzlləri vardır ki, ancaq xüsusi möminlərinə aid edilir.