Avropada kişi sünnətini ilk qadağan edən bu ölkə ola bilər


Digərləri 27 Fev 2018 22:50:00 284 0

Avropada kişi sünnətini ilk qadağan edən bu ölkə ola bilər

İslandiyada kişi sünnətini qadağan etməyi nəzərdə tutan qanun layihəsi ölkə parlamentinə təqdim edilib.

Son.az yeniavaz.az-a istinadən bildirir ki, ölkədəki müsəlman və yəhudi icmaları qanun layihəsinin əleyhinə çıxış ediblər. Əgər layihə qanuniləşərsə, İslandiya kişi sünnətini qadağan edən ilk Avropa ölkəsi olacaq.

Parlamentdəki partiyalar qanun layihəsini dəstəkləsə də, hələlik qanun təklifi səsverməyə qoyulmayıb. Təklifə əsasən, tibbi ehtiyac yaranmadığı müddət ərzində 18 yaşdan kiçik oğlan uşaqlarının sünnət edilməsi qadağan olunacaq.