Divarların arxasından görən İmam Baqirin qeyrət dərsi


Digərləri 27 Fev 2018 22:45:00 232 0

Divarların arxasından görən İmam Baqirin qeyrət dərsi

İmam Baqirin (ə) səhabələrindən olan Əbu Səbah Kənani İmamın (ə) evinə gəlir və qapını döyür. İmamın (ə) kənizi qapı arxasına gəlir və qapını açır. Əbu Səbah ədəbsizlik edir və əlini kənizin sinəsinə qoyub deyir: "Ağana de ki, Əbu Səbah onunla görüşmək üçün icazə istəyir".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Baqir (ə) onu görmədən, qeybi məlumatla onun ədəbsiz rəftarından bilgilənir. Həzrət (ə) qəzəblənir və o qədər narahat olur ki, həmin an fəryad çəkir: "Ey anası olmayan! Daxil ol!".

Əbu Səbah evə daxil olur və İmamı (ə) çox qəzəblənmiş halda görür. Üzrxahlıq edir.