ABŞ filmlərində baş rollarda çıxış edən qadınların sayı azalıb


Digərləri 27 Fev 2018 22:35:00 269 0

ABŞ filmlərində baş rollarda çıxış edən qadınların sayı azalıb

ABŞ-da Televiziya və Kinoda Qadınlar araşdırma mərkəzinin hazırladığı hesabata əsasən, 2016-cı ildə çəkilmiş filmlərdə aparıcı rolları ifa edən qadınlar 29 faiz təşkil edirdilərsə, 2017-ci ildə bu göstərici azalaraq 24 faiz təşkil edib.

Təşkilat, hesabatını ABŞ-da kassa dövriyyəsinə görə filmləri sıralandıran siyahının ilk 100 filminin təhlili əsasında hazırlayıb.

"Ümumilikdə götürəndə, tamaşaçı auditoriyası kinofilmlərdə kişiləri qadınlardan iki dəfə çox görür", - hesabatda qeyd olunub.

Kinoprokatın ən çox qazanc gətirən ilk 100 filmindən 58 faizində aparıcı rollarda kişilər çıxış edib.

Bu isə, qadınlara aid eyni göstəricini (24 faiz) az qala, ikiqat üstələyir.

Filmlərdə qadınlar daha çox gənc personajlara aid rolları ifa edirlər.