Müstəhəb əməllərin insana verdiyi 3 səmərə


Digərləri 27 Fev 2018 22:20:00 253 0

Müstəhəb əməllərin insana verdiyi 3 səmərə

Hər kim kamala çatmaq istəyirsə, gərək sacədə vacibatlarla kifayətlənməsin. O, gərək müstəhəblərə diqqət edib, məkruhlardan çəkinsin.

Müstəhəb əməllərə, nafilə namazlarına və müstəhəb zikrlərə əməl etmək insana 3 böyük fayda gətirər:

1. Günahlarını məhz edər. "Yaxşılıqlar günahları aradan aparır". ("Hud" 114). Hədislərimiz buyurur ki, möminin gecə qıldığı namazlar, gündüz etdiyi günahlarını məhv edər. Çünki yaxşılıqlar pislikləri aradan aparar.

2. Əgər vacibatlarda hansısa xataya düşübdürsə və ya qəflət edibdirsə, onların nöqsanlarını aradan aparar. Xüsusilə gündüzün və gecənin nafilələri. Müstəhəb oruclar isə Ramazan ayının naqis oruclarının nöqsanlarını aradan aparar. Sədəqə vermək boynuna düşən vacibatların çatışmazlıqlarını aradan aparar.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Baqir (ə) buyurur: "Nafilə namazı onun üçün qərar verilmişdir ki, fəsadı və vacibatların nöqsanlarını aradan aparsın".

Başqa bir hədisdə oxuyuruq: "Allah Təala vacib namazı nafilə namazı ilə kamil etmişdir".

Əbu Həmzə Somali nəql edir ki, İmam (ə) buyurdu: "Heç bir namaz qəlb hüzuru olmadan qəbul olmaz". Mən dedim: "Qurbanın olum, bizim hamımız həlak olacağıq?". Buyurdu: "Xeyr. Çünki Allah Təala bu cür ibadətləri nafilə vasitəsilə kamil edər".