"O Səs Türkiyə"ni daha bir münsif tərk etdi


Digərləri 27 Fev 2018 22:06:00 223 0

"O Səs Türkiyə"ni daha bir münsif tərk etdi

"Athena" qrupunun rəhbəri olan Gökhan Özoğuz 2014-cü ildən "O səs Türkiyə"nin münsiflər heyətinə daxil olub

"Atena" qrupunun solisti Gökan Özoğuz pərəstişkarlarını həm sevindirəcək, həm də kədərləndirəcək açıqlama verib. "O səs Türkiyə" mahnı yarışmasının münsiflərindən olan Gökhan Özoğuz proqramdan ayrıldığını açıqlayıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, o, bundan sonra müğənni karyerasına daha çox vaxt ayıracağını deyib: "Builki müsabiqə yeni bitib. Yarışma səbəbilə musiqidən uzaq düşdüm. Ona görə də, müsabiqədə olmayacağam. Musiqiyə daha çox üstünlük verəcəyəm".