"Məhkumlar özlərini qorxunc xəstəliyə yoluxdururlar ki, pul alsınlar"


Digərləri 27 Fev 2018 21:51:00 239 0

"Məhkumlar özlərini qorxunc xəstəliyə yoluxdururlar ki, pul alsınlar"

Nazirlik: "Vərəm xəstələrinə qısamüddətli yardımların edilməsi nəzərdə tutulmayıb"

Azərbaycanda bir çox xəstəliklərdən, o cümlədən vərəmdən əziyyət çəkən insanlar var. Yoluxucu xəstəlik olan vərəmin müalicəsi ağırdır və uzun müddət tələb edir. Həmçinin vərəmə yoluxan insanların işləmə qabiliyyətləri də azalır, bəzən tamamilə itir.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Sədaqət Vəliyeva "Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə" mövzusunda dinləmədə təklif edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə insanların həyat şəraitini yaxşılaşdırmaq üçün onlara qısamüddətli yardımların verilməsi məsələsinə baxa bilər.

Deputat bildirib ki, vərəm xəstələrinə həyat şəraitlərini yaxşılaşdırmaq üçün, heç olmazsa, kurs müddətində yardım verilməlidir: "Bununla da çox ailələrə kömək etmiş olarlar".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, bu məsələ hazırda gündəmdə deyil: "Çox ağır vəziyyətdə olan vərəm xəstələrinə müalicə kursu müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qısamüddətli yardımların edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb".

Sosio-psixoloq Cavid Şahmalıyev isə deyib ki, ilk olaraq vərəm xəstəliyinin qarşısının alınması üçün bir sıra tədbirlər görülməlidir: "Yoxsulluq dərəcəsi yuxarı olan ölkələrdə vərəm xəstəliyinə tutulanların sayı çoxalır. Pis şərait, natəmizlik vərəmə tutulma riskini artırır".