Astarada 64 yaşlı kişinin qanını tökdülər


Digərləri 27 Fev 2018 21:53:00 224 0

Astarada 64 yaşlı kişinin qanını tökdülər

“Yaralının vəziyyəti ağır olduğundan Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb”

Astarada bıçaqlanma hadisəsi qeydə alınıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, 1954-cü il təvəllüdlü Həbib Məmmədov Astara şəhərində münaqişə zamanı öz bacanağı Emin Əkbərov tərəfindən bıçaqlanıb.

Bıçaqlanan H. Məmmədov dərhal Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyəti ağır olduğundan, təcili yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb və dərhal əməliyyat edilib. Həbib Məmmədovu bıçaqlayan bacanağı Emin Əkbərov isə sonra özü polisə təslim olub.