Üzərində yazılan çəki çox, faktiki çəkisi isə


Digərləri 27 Fev 2018 21:17:00 300 0

Üzərində yazılan çəki çox, faktiki çəkisi isə

Bazarlarda satılan İran xurmalarının çəkisi qutunun üzərində göstəriləndən azdır. Qutuların üzərində 700-750 qram çəki göstərilsə də, faktiki çəki bundan xeyli aşağıdır.

Üzərində yazılan çəki çox, faktiki çəkisi isə xeyli azdır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət bazarlarda vitrinləri bəzəyən İran istehsalı olan xurmalardan gedir. Xurma qutularının üzərində ümumi çəkinin 700,750 qram olduğu göstərilir. Ancaq həmin qutuları tərəziyə qoyduqda azı 200-250 qram çəkinin az olduğu aşkarlanır.

Bu isə ən çox alıcıların cibinə ziyan edir. Təəssüflər olsun ki, bir çox alıcı bu fırıldaqdan xəbərsizdir.


Xəbərə aid video