Cəlilabadlı narkobaron 10 kq tiryəklə saxlanıldı VİDEO


Digərləri 27 Fev 2018 21:03:00 258 0

Cəlilabadlı narkobaron 10 kq tiryəklə saxlanıldı  VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti dəfə əməliyyat keçirib. Nəticədə 10 kiloqramdan çox tiryək aşkar edilərək dövriyyədən çıxarılıb. Masallı rayonunda isə 50 yaşlı kişidə narkotik aşkarlanıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, külli miqdarda narkotik maddə satmaq istəyən şəxs tutulub.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında, keçirilən əməliyyat nəticəsində Cəlilabad rayon sakini Rəşad Abışov şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərində şəxsi axtarış keçirilən zaman 10 kiloqram 710 qram narkotik vasitə olan tiryək aşkar edilib. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. Rəşad Abışov ifadəsində tiryəki satmaq niyyəti ilə əldə etdiyini bildirib.