Bakıda dəhşət: Oğul anasını döyədöyə


Digərləri 27 Fev 2018 21:04:00 286 0

Bakıda dəhşət: Oğul anasını döyədöyə

Gecə Bakıda ağır cinayət hadisəsi baş verib. Oğul yaşlı anasını əvvəlcə döyüb, daha sonra isə onu boğaraq amansızlıqla qətlə yetirib. Sumqayıtda isə qonşular arasında olan kütləvi dava nəticəsində 3 nəfər bıçaqlanıb.

Anası ilə mübahisə edən oğul onu amansızlıqla qətlə yetirib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ağır cinayət gecə saatlarında paytaxtın Qaradağ rayonu Ələt qəsəbəsində baş verib. Elman Əziməmmədov küçəsi ev 12-ünvanında yaşayan 74 yaşlı Zərnişan İslamova yaşadığı evdə oğlu ilə mübahisə edib.

34 yaşlı Cəlil İslamov anasının baş nahiyyəsinə taxta parçası ilə bir neçə dəfə agır zərbə endirib, ardınca isə qadını boğub. Zərərçəkmiş digər oğlunun köməkliyi ilə xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törətməkdə şübhəli bilinən Cəlil İslamov polis tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı onun barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.