Ağcabədidə olay: 21 yaşlı tələbə


Digərləri 27 Fev 2018 21:07:00 287 0

Ağcabədidə olay: 21 yaşlı tələbə

Avtomobilin şüşəsini sındıraraq 21 yaşlı tələbə qızı qaçırıblar. Hadisə 3 gün əvvəl Ağcabədidə baş verib. Deməli, qız dərsdən evə qayıdarkən bir qrup şəxs tərəfindən zorla qaçırılıb. Valideynlərin iddiasına görə, qızlarına bir müddət öncə elçi düşüblər. Amma ailə onlara "yox" cavabı verib. Bundan sonra qarşı tərəf qızı qaçırıb. Üstəlik, qızın da bu evliliyə razılığı olmayıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, dərsdən evə qayıdan universitet tələbəsini zor tətbiq etməklə qaçırıblar.

7 nəfər oğlan avtomobilin şüşələrini sındırıb qızı maşından çıxarıblar. Hadisə Ağcabədidə Səməd Vurğun küçəsində baş verib.

Laçın rayonundan məcburi köçkün olan 21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir. Qızın yaxınları iddia edirlər ki, onu zorla qaçırıblar.