Özcan Dənizin nikah tarixi bilindi


Digərləri 27 Fev 2018 20:35:00 228 0

Özcan Dənizin nikah tarixi bilindi

7 aylıq sevgilisi Feyza Aktanla ailə qurmağa hazırlaşan müğənni-aktyor Özcan Dənizin toy detalları məlum olub.

Son.az axşam.az-a istinadən bildirir ki, iki ildir, münasibətdə olan cütlük martın ilk həftəsində nikah masasına əyləşəcək. Nikah Özcanın Zekeriyaköydəki villasında baş tutacaq. Gecədə ailə üzvləri və yaxın dostlar daxil olmaqla 20 nəfər iştirak edəcək. Feyzanın nikahda gəlinlik geyinmək istəmədiyi öyrənilib. Cütlük "İstanbullu gəlin" serialının finalından sonra isə toy edəcək.