Meyvə çayının dişlərə təsiri məlum oldu yeni araşdırma


Digərləri 27 Fev 2018 20:25:00 265 0

Meyvə çayının dişlərə təsiri məlum oldu  yeni araşdırma

Meyvə çayları və əlavə təm verilmiş su növləri kimi turş tərkibli içkilər dişin yeyilməsinə səbəb ola bilər, yeni elmi tədqiqatın nəticələrində göstərilir.

Onun yekunları Britaniyanın British Dental Journal dərgisində dərc olunub.

Tədqiqatçılara əsasən, xüsusən də yeməklər arasında içilən turşulu içkilərə görə dişdə eroziya əmələ gələ bilər.

Alimlər hesab edir ki, yeməklər arasında qəlyanaltı edənlərin sayı artdıqca bu problem daha da kəskinləşir.

King's College London Universitetinin keçirdiyi araşdırmada diş eroziyasından əziyyət çəkən 300 pasient iştirak edib.

Tədqiqatçılara əsasən, tərkibində turşu olan içkilərə görə dişdə eroziya əmələ gələ bilər.

Alimlər meyvə şirələri, diet, şəkərli və təmli içkilərin tərkibində turşunun olduğunu bildirirlər.